​​Mercedes-Benz Parfums

Kişilər və qadınlar üçün hazırlanmış, mükəmməllik və istisnəviliyin qızıl ortasında yerləşən ətirlər. 

Mercedes-Benz artıq sadəcə avtomobil istehsalçısı deyil, Mercedes-Benz yüksək standartlar, kreativlik və innovativlik simvoludur. Onun qerbi isə. 3 güşəli ulduz, özünü dayanmadan yenidən kəşf edən və trendlərə meydan oxuyan brendin emblemidir.
Bir çox kreativ sahələrdə aktiv olan və mədəniyyətə, dizayna və dəbə daim agah olan bu şirkət, lyuks ətirləri yeni möhtəşəm fəaliyyətlərindən birinə çevirib. Xarizma, təcrübə, incəliklərə diqqət və nadir zövq...bizim ətirlərimizin xisləti bizim brendimizin bünövrəsində dayanan keyfiyyətlədən ibarətdir. Bizim ruhumuz. Bizim fəlsəfəmiz. Bizim qadınlar və kişilər üçün istehsal etdiyimiz ətirlər iy duyğu hissləriniz üçün dahiyanə simfoniyasını oynayacaq. Sonsuz davam edən unikallıq və keyfiyyət axtarışlarımızın nəticəsində Honorin Blank, Olivyer Kresp və Dominik Ropion kimi şöhrətli ətir ustaları ilə işləyərək məhsullarımızın uzun müddət yadda qalan tamına malik olmasını əldə edə bilmişik.  Hər bir məhsulumuzun unikal olduğundan irəli gələrək, bizim qablar fransız master şüşə sənətkarları tərəfindən hazırlanır. 
Bu ətirlər təkrar-təkrar hədiyyə almaq və ya vermək üçün ideal seçimdir. Çünki Mercedes-Benz ətirlər almaq müəyyən luks və müasirlik standartlarına cavab verir. “Ya ən yaxşısı, ya heç nə” şüarı ilə fəxr edərək yaşayın! 

​ Bizim yeni trilogiyamızı kəşf edin.

​ Birlikdə onlar inqilabi trilogiyanı təşkil edir.Uğurlu kişi olmaq üçün lazım olan üç element!

​ Merzedes-Benz ətirləri. Yer. Dəniz. Səma

​ Yer, Dəniz, Səma. Mercedes-Benz tərəfindən innovativ üçlük.  Yer, Dəniz və Səma üçlüyünün kişilər üçün hazırlanmış ətirlər dünyasında yeni dövrün başlanğıcının təməlini qoyur. 

​ Mercedes-Benz əfsanəsinin mərkəzində dayanan , “yerdə, dənizdə və səmada pioneer olmaq” mənasını daşıyan, üçgüşəli ulduzdan ilhamlanaraq hazırlanmış bu üçlük, yetkinləşmiş kişilər təbiət trilogiyasını təmsil edir. Əfsanəvi fransıs master ətir yaradan – Anna Flipo tərəfindən yaranmış bu üçlük, kombinativ bir mövüzədir. Bu üçlükdən hər birini istər ayrılıqda, istər öz şəxsi kombinasiyanıza uyğuna istifadə edə bilərsiniz. 
“Yer” kokoa qabıqları, tonka noxudları və patçoulini, rozmarin və ətirşahın incə toxunuşları və küknar balzamının iti gücü ilə birləşdirir. “Hava” təravətli, bitki-əsaslı armois yağı ilə qarışmış dekadant angelika, petitqeryn çiçək tamları, üstəgəl zərdəçal yarpaqları və sitrusun təsiri altında şüurunuzu azad etməyə dəvət edir. Sonunda, “Dəniz” ətirli bənövşəylə vəhdət yaradan naringi və dəniz yosunlarının birləşməsindən istifadə edərək, sahilə çırpınan dalğaların yaratdığı o təravətli duyğuları oyadır.
Bu ətirləri həm ayrıca parfum olaraq, həm də üçlük formasında əldə etmək mümkündür. Üçlük formasında əldə olunanda bizim hər üç ətirimiz Mersedes-Benz şirkətinin əfsanəvi üçgüşəli ulduzunu təmsil edən qablaşdırmada çatdırılır.  Dayanıqlılıq və təkrar-innovasiya flakonlarımızın dizaynının hər aspektində LMR ilə həmkarlığımızın köməyi ilə ətirlərin tərkibinin hazırlanmasında və flakon təkrar-emal olunmuş komponentlərin istifadəsində ön plana çıxır. Hərtərəfli seçilən Kampaniyamız təbiətə yenidən qovuşmağın autentik şanlığını özündə cəmləyir.  İslandiya güşələrində Aksel Delvart tərəfindən çəkilən bu filmimizdə kaytsörfinqin ikiqat çempionu fransız Valentin Qaratın mükəmməl mənzərələrdə kaytsörfinqinin şahidi oluruq. Bu sənət hər üç elementi özündə birləşdirərək geniş formada Mercedes-Benz şirkətinin əhvalatını özündə daşıyır, böyük irs ilə hələ yazılmamış gələcək arasında körpünün yaradılması. 

​Mercedes-Benz For Men Ultimate

​​ For Men Ultimate bütün hər şeydən daha dəyərli olan xüsusi anların nişanı olan ətirdir. Bu ətiri istifadə edərkən siz kütlədən seçilən daxili eleqantlığınızı və qabiliyyətinizi ön plana çəkirsiniz. Şüarımız - #skyisthelimit!

​ MERCEDES-BENZ, QIRMIZI LİBASLI QADIN

​​ Bəzi ətirlər qadınlığın təbiətini çatdırmağa çalışır. Hər bir qadının şarmı və unikallığını vurğulamağa çalışır. İstifadəçisini unikal edən ətirlər – Mercedes Woman In Red markasının ikinci adıdır. 

​Mercedes-Benz For Women Rose

​ Maykl Almayrak tərəfindən hazırlanan bu ətir qara-qarağatın və qreypfrut qarışığının qızılgül ilə harmoniyalı partıltısı ilə açılır. Ətirin köküntə eleqant və qadınsı qızılgül ağacı və eleminin toxunuşlarının maqnolianın ən şirin tərəfləri ilə vəhdəti dayanıb. Bu eleqant odun tamlı ətir müşk,  kəhraba və sider ağaclarının müasir akkordlarını canlandırır. 

​Mercedes-Benz Man Private

​​ Bu kəhraba ağacını təmsil edən ətir üçün, fransız ətir-ustadı Olivyer Kresp həm nəfis, həm iti qoxu profili yaratmışdır. Mercedes-Benz Man Private yovşan, hil və sərv bitkilərinin toxunuşu ilə açılır. Sərin və təravətli bir toxunuş! 
Ətirin canında isə lavanda, labdanum resionidi və amroksun, paçouli, kaşmeran və siderin həssas damcıları ilə qarşılığı durur. Ətrin intensiliyini, istiliyi və silajı hipnozedici qüvvətə malikdir, həm ürəkləri və ruhları cana gətirir. 

​Mercedes-Benz Fanciful Edition

​ Qlamur həyat tərzinin nəğməsini oxuyan cazibədar ətir. Sizi zənginlik dünyasından həzz almağa dəvət edən kəskin silaj. Hər il “For Women by Mercedes-Benz” tərəfindən yeni məhdud sezon açılır. Bu ilin sezonun ətirləri “For Women by Mercedes-Benz” adı altında partıldayır. Onun cazibədar ətri sitrus meyvələrinin, qızılgülün, franjipani və müşkün qoxusunu sizə təqdim edir!